Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dron hücumundan sonra Dubaydakı ABŞ konsulluğunun üzərində qatı qara tüstü qalxıb.
Tezadlar.az xəbər verir ki, bubarədə “RBC” özünün Telegram kanalında video yayımlayıb.
Hadisə 3 martda baş verib. Şahidlər güclü partlayış səsləri eşitdiklərini, ardınca konsulluğun yaxınlığında yanğın baş verdiyini bildiriblər.
Yanğın tez bir zamanda söndürülüb. Hakimiyyət orqanları hücum nəticəsində heç kimin xəsarət almadığını qeyd ediblər.
Daha əvvəl Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinin diplomatları Amerika vətəndaşlarına konsulluğa baş çəkməkdən çəkinməyi tövsiyə ediblər.
Diplomatik missiya həmçinin amerikalılara raket və pilotsuz təyyarə hücumları təhlükəsi səbəbindən evdə qalmağı və pəncərələrdən uzaq durmağı tövsiyə edib.
E.ŞİRİNOV