4 Mart 2026 / 13:33

Deputat iş adamlarına səsləndi: Şadlıq evlərinin sayını azaldıb, idman saraylarına vəsait ayırın…

Gələcəkdə fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsas səbəblərindən biri artıq çəkidir. Arzulayardıq ki, hörmətli iş adamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idman saraylarının tikintisinə daha çox vəsait ayırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bir o qədər azdır və bu, cəmiyyətdə sağlam həyat tərzini də stimullaşdırar.

Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

Millət vəkili bildirib ki, son illərdə fitnes və idman mərkəzlərinin artması müşahidə olunur və bu sahə artıq biznes strukturu kimi fəaliyyət göstərir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!