4 Mart 2026 / 22:51

Səbaildə Cinayət – Keçmiş Məhkum Klinikada Saxlanıldı!

Ötən gün paytaxtın Səbail rayonunda klinikaların birindən oğurluq edilib.

Tezadlar.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs gündüz saatlarında zərərçəkənin çantasından 5000 manat, bank kartları və şəxsi sənədlərini talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 58 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını fürsət bilərək oğurluq edib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!