Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bloomberg agentliyinin məlumatına görə, Vaşinqton əməliyyat zamanı Maven Smart System rəqəmsal uçuş idarəetmə platformasından istifadə edir.
Bloomberg bu barədə ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Timoti Hokinsə istinadən məlumat verib.
O, süni intellekt texnologiyalarının İrana qarşı əməliyyat zamanı həlledici rol oynadığını bildirib: onlardan daxil olan məlumatların ilkin yoxlanılması üçün istifadəsi mütəxəssislərə daha dərin təhlillərə diqqət yetirməyə imkan verib.
Hakins agentliyə bildirib ki, “Mərkəzi Komandanlıq müxtəlif Sİ vasitələrindən istifadə edir və onlar məhz budur: ABŞ siyasəti, hərbi doktrinası və qanunlarına uyğun bir prosesdə mütəxəssislərə kömək etmək üçün hazırlanmış alətlər”.
Bloomberg mənbələrinə görə, ABŞ əməliyyat zamanı Maven Smart System rəqəmsal uçuş idarəetmə platformasından istifadə edir.
Claude AI aləti də istifadə olunur ki, bu da Maven Smart Sistemini sürətləndirir və onu Amerika əməliyyatının vacib elementinə çevirir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı “geniş miqyaslı hərbi əməliyyata” başlayıb. Hücum nəticəsində İranın mülki əhalisi arsında da ölənlər var. ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar masasına gəlməkdən imtina etdiyini bildirib. O, bunu 3 martda Truth Social-da bildirib: “Onlar danışıqlar istəyirlər. Mən “Çox gec!” dedim” deyə yazıb. Martın 4-də isə İran İslam Respublikasının Ali Liderinin müşaviri Məhəmməd Moxber “Biz amerikalılara etibar etmirik və onlarla danışıqlar aparmaq niyyətində də deyilik. Səkkiz illik müqəddəs müdafiə dövründə ( İran-İraq müharibəsi nəzərdə tutulur) olduğu kimi, müharibəni istədiyimiz qədər davam etdirə bilərik. Bizim tariximiz və sivilizasiyamız göstərir ki, biz müharibədən qorxmuruq və onu davam etdirməkdən də çəkinmirik”, – deyə bildirib.
Y.Məmmədli