Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, bu gün İran dronları Naxçıvana şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Tezadlar.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər mülki şəxs:
Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:
– 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,
– 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,
– 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və
– təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.