Əsas məzmuna keç

Fransa: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz addımdır

İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.

Tezadlar.az  xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial şəbəkə hesabında yazıb.

Səfir bildirib ki, bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir.

“Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki, yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”, – deyə səfir qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…