Əsas məzmuna keç

Türkiyə İrandan Naxçıvana PUA hücumunu pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb.

Tezadlar.az xəbər verir ki, rəsmi Ankara bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyib.

“Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin vacibliyini bir daha vurğulayırıq.

Türkiyə hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”, – bəyanatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…