Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Mart 2026 / 13:08

ABŞ səfirliyində baş verən partlayışın TƏFƏRRÜATLARI

Oslodakı ABŞ səfirliyi bazar günü gecəsi baş verən partlayışından “kiçik ziyan” alıb. Norveç polisinin məlumatına görə, xəsarət alan olmayıb və istintaqa geniş resurslar cəlb olunub.

Tezadlar.az xəbər verir ki, səhər yayımlanan mətbuat açıqlamasında Norveç polisi ABŞ səfirliyinin girişlərindən birinin yaxınlığında partlayışın baş verdiyini təsdiqləyib.

“Hadisə yerində çox sayda təcili yardım xidməti var, lakin xəsarət alan yoxdur və yalnız kiçik maddi ziyan var”, – polis bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışın təbiəti və ya mənbəyi barədə ətraflı məlumat vermir. Onlar ərazinin yoxlanıldığını və təhlükəsiz olduğunu deyirlər. Potensial cinayətkarların axtarışı aparılır.

Hadisə yerində olan “Dagbladet” qəzetinin müxbiri Martina Aurdalın sözlərinə görə, gecə boyu səfirlikdə “çoxlu polis” olub, üç yanğınsöndürmə maşını gəlib, vertolyotlar və dronlar havaya qalxıb.

Silahlı polis yaxınlıqdakı küçələri piyadaların keçməsi üçün bağlayıb. Səfirliyin ərazisinə doğru gedən bütün nəqliyyat vasitələri də saxlanılıb.

Yaxınlıqda yaşayan şahidlər güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Norveç Ədliyyə Nazirliyi hadisəni araşdırmaq üçün “əhəmiyyətli resursların” səfərbər edildiyini bildirib.

Ədliyyə naziri Astri Ås-Hansen bildirib ki, “Bu, son dərəcə ciddi qəbuledilməz bir hadisədir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!