Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Mart 2026 / 14:42

Tehranda neft anbarları hədəfə alınıb

İranın paytaxtı Tehranda ABŞ-İsrail hücumları nəticəsində baş verən partlayışlardan sonra anbarlardan şiddətli alovlar qalxıb.

Tezadlar.az xəbər verir ki, Tehranda yanan neft anbarlarının görüntüləri sosial mediada paylaşılıb.

Neft anbarlarından qalxan alovlar şəhərin uzaq yerlərindən görünüb.

Şəhran neft anbarından sızan və yol boyunca yanan yanacağın görüntüləri də paylaşılıb.

Şəhərin şimal-qərbində, Cənnət Abad rayonundakı Kulsar küçəsində yüksələn alovların nəqliyyatın hərəkətinə mənfi təsir göstərdiyi müşahidə edilib.

“Fars” Xəbər Agentliyinə danışan Neft Nazirliyinin adı açıqlanmayan bir rəsmisi, hücumlarda Tehran və Kərəcdəki üç neft anbarının hədəf alındığını təsdiqləyib.

İran Milli Neft Emalı və Paylama Şirkəti, ABŞ-İsrail hücumlarında Tehran və Əlborz əyalətlərində vurulan neft anbarlarının artıq minimum səviyyəyə endirildiyini və yanacaq tədarükünün digər mənbələrdən təmin edildiyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!