Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın akademiyası Azərbaycan futboluna yeni ulduzlar qazandırmağa davam edir.
Tezadlar.az xəbər verir ki, Qurban Qurbanov Əli Bəşirovdan sonra daha bir 15 yaşlı yeniyetməni “Qarabağ”ın əsas komandasına cəlb edib.
Bilal Hacıyev artıq onun sərəncamındadır.
Adıçəkilən qapıçı son məşqlərə qatılıb və özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Onun hazırlıq prosesində sərgilədiyi performans baş məşqçini də təəccübləndirib. Təcrübəli mütəxəssis Hacıyevin böyük potensiala malik olduğunu bildirib.
Bilal Ağdam klubunun akademiyasının yetirməsidir.
Bir müddət əvvəl “Qalatasaray”ın da maralanmağa başladığı kiper “Qarabağ”ın U-19 komandanın heyətində UEFA Gənclər Liqasında debüt etmək şansı qazanıb.
Bu cür gənc istedadların əsas komandaya cəlb olunması həm klubun gələcəyi, həm də milli komandanın qapıçı ehtiyatı üçün böyük vədlər verir.
Səbinə Bağırova