Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 870 hərbçi təşkil edir”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.
Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.
E.ŞİRİNOV