Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Mart 2026 / 13:04

Tehrana zəhərli yağış yağdı

İsrailin Tehrandakı neft obyektlərinə hava hücumlarından sonra İran paytaxtının səması qara tüstü ilə örtülmüşdü. Partlayışlar nəticəsində atmosferə buraxılan zəhərli maddələr şəhərə “neftlə qarışıq zəhərli yağış” yağmasına səbəb olub.

Tezadlar.az xəbər verir ki, “NBC News”-a danışan Tehran sakinləri sıx tüstü səbəbindən evlərindən çıxa bilmədiklərini və nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.

Sakinlər günorta saatlarında şəhərə qaranlığın düşdüyünü və havada kəskin yanma qoxusundan və ağızlarında acı daddan şikayətləndiklərini bildiriblər.

Kimyəvi yanıq və ağciyər zədələnməsi xəbərdarlığı

İran Ətraf Mühitin Mühafizəsi Agentliyi partlayışlarla birlikdə havaya çox miqdarda zəhərli karbohidrogen, kükürd və azot oksidlərinin buraxıldığı barədə ictimaiyyəti xəbərdar edib.

Bəyanatda yağışın yüksək turşulu və təhlükəli ola biləcəyi, dəridə kimyəvi yanıqlara və ciddi ağciyər zədələnməsinə səbəb ola biləcəyi göstərilib və vətəndaşları evdə qalmağa çağırıb.

Tehranın şimalındakı Təcriş rayonunda və şəhərin şimal-qərbindəki Şahran rayonunda neft anbarlarında baş verən yanğınlar kilometrlərlə uzaqdan görünürdü və bəzi küçə və yollarda qalın qara neft təbəqəsinin yığıldığı müşahidə edilib.

İran Xarici İşlər Nazirliyi hücumları “qəsdən aparılan kimyəvi müharibə” kimi xarakterizə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!