Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vəkil Cavidan Osmanlı və vəkil Ceyhun Yusifovla bağlı edilən şikayət əsasında fakt üzrə cinayət işi başlanılıb.
Tezadlar.az bildirir ki, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İddiaya görə, o, ötən ilin iyul ayında Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Ceyhun Yusifovun ofisinə gedərək onunla görüşüb. C.Yusifov onu evlə bağlı apellyasiya məhkəməsində gedən işində hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış edib. İddia olunub ki, C.Osmanlı A.Məhərrəmovaya məxsus mənzilin Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılacağı vədini verərək ondan 21 min 200 manat pul alıb və ona məhkəmənin adından saxta icra vərəqəsi təqdim edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinyət işi başlanılıb. Zərərçəkənin vəkili İmran Ələkbərov məlumatı APA-ya təsdiq edib.