Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Mart 2026 / 06:45

Berlin hava limanı bu səbəbdən fəaliyyətini dayandırıb

Berlin Brandenburq Hava Limanı səmada görünən naməlum obyektə görə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mediaya istinadən məlumat yayıb.

Yerli medianın məlumatına görə, hava limanının üstündəki səmada görünən konkret obyekt hələ də məlum deyil.

“Berlin Hava Limanı fəaliyyətini dayandırıb. Səbəb: naməlum uçan obyektin aşkarlanması”, – deyə media bildirib.

Polis hazırda hadisəni araşdırır. Standart təhlükəsizlik prosedurlarının bir hissəsi olaraq, hava limanı yerli vaxtla saat 18:40-dan 19:15-dək fəaliyyətini dayandırıb. Hazırda uçuşların ləğvi gözlənilmir, lakin sərnişinlərdə gecikmələr ola bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!