Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-a məxsus KC-135 yanacaq doldurma təyyarəsinin İraq hava məkanında qəzaya uğradığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, CENTCOM ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaq dolduran təyyarəsinin İraqın qərbində qəzaya uğradığını və hadisənin dost hava məkanında baş verdiyini bildirib.
CENTCOM-dan verilən yazılı açıqlamada hadisənin İrana qarşı əməliyyatın bir hissəsi olaraq baş verdiyi bildirilib.
Məlumatda əlavə edilib ki, hadisə zamanı iki təyyarə xidmətdə olub və biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz yerə enib.
Məlumatda hadisənin təfərrüatları və ya vurulan təyyarədəki personalın sayı barədə məlumat verilməyib, lakin qəzanın düşmən atəşi və ya dost atəşi nəticəsində baş vermədiyi və xilasetmə işlərinin davam etdiyi bildirilib.
E.ŞİRİNOV