Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keçmiş nazir iki ay həbsdə qalacaq
Martın 12-də Vladikavkazın Leninski Rayon Məhkəməsi Şimali Osetiyanın keçmiş Tikinti və Memarlıq naziri Konstantin Morqoyevin məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Məhkəmə Şimali Osetiyanın keçmiş Tikinti və Memarlıq naziri Konstantin Morqoyevin məhkəməyəqədər həbs qətimkan tədbiri seçib”.
Keçmiş nazir 11 may 2026-cı ilə qədər həbsdə qalacaq. Onun ittiham olunduğu cinayət işinin təfərrüatları, eləcə də həbsinin əsasları açıqlanmayıb.
Morqoyev 2022-ci ildən 2023-cü ilə qədər Şimali Osetiya Tikinti və Memarlıq Nazirliyinin rəhbəri vəzifəsində çalışıb.
E.ŞİRİNOV