Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misli Premyer Liqasında 24-cü tur davam edir.
Tezadlar.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq yekunlaşıb.
Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib.
Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edir. Hazırda Ağdam klubu 49 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları heç-heçə – 1:1 hesabı ilə yekunlaşıb.
14 mart (şənbə)
19:15. “Zirə” – “Qarabağ” – 1:3 (İkinci hissə)
Qollar: Joni Montiel, 22 (0:1), Kamilo Duran, 55 (0:2), Ceyhun Nuriyev, 70 (1:2), Kadi Borqes, 72 (1:3)
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu
15:00. “İmişli” – “Sabah” – 0:5
Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu
15 mart (bazar)
15:00. “Kəpəz” – “Turan Tovuz”
18:00. “Qəbələ” – “Neftçi”
13 mart (cümə)
“Sumqayıt” – “Şamaxı” – 0:1
“Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1