Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misli Premyer Liqasının XXIV turunda “Neftçi” “Qəbələ”ni məğlub edib.
Tezadlar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
“Ağ-qaralar”ın heyətində Bassala Sambu (22), Emin Mahmudov (69-p.) və Murad Məmmədov (77) fərqləniblər. Ev sahiblərinin qolunu isə Seydina Keyta (19-p.) vurub.
Xallarının sayını 34-ə çatdıran “Neftçi” turnir cədvəlində altıncı sıraya yüksəlib. “Qəbələ” isə 16 xalla on birincidir.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Sabah” “İmişli”ni (5:0), “Qarabağ” “Zirə”ni (3:1) məğlub edib. “Kəpəz” “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1.