Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan AZAL-ın qəza səbəblərinin texniki araşdırılması üçün zəruri olan ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb. Nəticələr hazırda Rusiya da daxil olmaqla komissiya üzvləri ilə birlikdə ümumiləşdirilir.
Tezadlar.az xəbər verir ki, bunu Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərəaçıqlamasında bildirib.
“İstintaq davam edir. Avadanlıq istehsalçılarından – yəni GPS izləyicilərindən, naviqasiya avadanlıqlarından və təyyarə istehsalçısından bütün zəruri ekspertiza nəticələri alınıb. Nəticələr hazırda ümumiləşdirilir və bu nəticələr komissiya üzvləri ilə razılaşdırılacaq. Bildiyiniz kimi, komissiyaya Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyasından mütəxəssislər, Embraer nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir. Buna görə də, beynəlxalq agentliyin standartlarına uyğun olaraq, Qazaxıstan nəticələri yaxın bir neçə ay ərzində ümumiləşdirməlidir”, – deyə Bozumbayev bildirib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL Hava Yollarına məxsus J2 8243 reysi ilə Bakıdan Qroznıya uçan Embraer 190 sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə təcili eniş edib. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.