Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Mart 2026 / 10:25

İngiltərənin 3 klubu ‘Qalatasaray’ın qapıçısı ilə yaxından maraqlanır

Türkiyə millisinin və “Qalatasaray”ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Tezadlar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Nəşrin iddiasına görə, “Tottenhem”, “Nyukasl Yunayted” və “Aston Villa” klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər.

Xəbərdə bildirilir ki, İngiltərənin adlı-sanlı klubları istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, Çakır “Qalatasaray”a mövsümün əvvəlində “Trabzonspor”dan transfer olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!