Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərdə fəaliyyət göstərən hərbi vertolyotun qəzası nəticəsində 7 nəfərin həlak olduğunu açıqlayıb: 1 Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti, 2 ASELSAN əməkdaşı və 4 Qətər Silahlı Qüvvələrinin şəxsi heyəti.
Tezadlar.az bildirir ki, Milli Müdafiə Nazirliyi Qətərdə baş verən hərbi vertolyot qəzası ilə bağlı məlumat verib.
Nazirlik xatırladıb ki, Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam edir.
Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı nəzdində təlim fəaliyyətləri aparan Qətər Silahlı Qüvvələrinə məxsus vertolyot dünən gecə texniki nasazlıq səbəbindən dənizə düşüb.
Nazirlik bildirib ki, başlanan axtarış-xilasetmə əməliyyatı nəticəsində vertolyotun qalıqları və ölənlərin cəsədləri çıxarılıb.
Nazirlik həlak olanlarla bağlı aşağıdakı məlumatları paylaşıb:
“Helikopterdə olan Qətər Silahlı Qüvvələrinin dörd əməkdaşı, Türkiyə Silahlı Qüvvələrinin bir əməkdaşı və ASELSAN-dan iki texniki işçi qəzada həlak olub. Qəzanın dəqiq səbəbi araşdırmadan sonra Qətər hakimiyyəti tərəfindən müəyyən ediləcək. Bu faciəli qəzada həyatını itirən bütün insanların ailələrinə başsağlığı verir və ailələrinə səbr diləyirik. Həmçinin Türkiyə Silahlı Qüvvələrinə, Qətər Silahlı Qüvvələrinə, ASELSAN-a, Türk Millətinə və qardaş Qətər xalqına başsağlığı veririk.”
E.ŞİRİNOV