Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təbii qazdan qaynaqlandığı düşünülən partlayışdan sonra Fatihdə iki bitişik bina çöküb və dağıntılar altında qalmış 5 nəfər xilas edilib
Təbii qaz mənbəyindən olduğu düşünülən partlayış Ayvansaray məhəlləsindəki Ebe küçəsindəki bir binada baş verib və iki bitişik binanın çökməsinə səbəb olub.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı polis, yanğınsöndürmə, tibb və AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə) qrupları göndərilib və axtarış-xilasetmə əməliyyatları başlayıb.
İlkin məlumatlara görə, dağıntılar altında 5 nəfər qalıb. Qrupların səyləri nəticəsində 5 nəfər xilas edilərək təcili yardımla yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Bu vaxt partlayış ətrafdakı binalara ziyan vurub.
Hadisə yerində xilasetmə işləri davam edir.
İstanbul valisi Davut Gül, Vilayət polis rəisi Selami Yıldız və Fatih bələdiyyə başçısı Mehmet Ergün Turan hadisə yerinə gələrək rəsmilərdən məlumat alıblar.
İstanbul valiliyinin açıqlaması
İstanbul valiliyinin açıqlamasında bildirilir ki, Ayvansaray məhəlləsindəki Ebe küçəsindəki bir binada saat 12:00 radələrində partlayış baş verib. İlkin tapıntılar partlayışın təbii qazdan qaynaqlandığını və bitişik iki binanın çökməsi ilə nəticələndiyini göstərir.
Daxili işlər naziri Çiftçi vali Güldən məlumat alıb
Daxili işlər naziri Mustafa Çiftçi İstanbul valisi Davut Güldən Fatihdə iki binanın çökməsi ilə bağlı məlumat alıb.
Nazirliyin açıqlamasına görə, Vali Gül nazir Çiftçiyə dağıntılar altında qalan beş nəfərdən üçünün xilas edildiyini və qalan iki nəfərin tapılması üçün səylərin davam etdiyini bildirib.
Çiftçi Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığı (AFAD) qruplarının axtarış və xilasetmə işlərini, eləcə də ərazidəki son vəziyyəti və davam edən fəaliyyətləri yaxından izləyir.
E.ŞİRİNOV