Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, İzmirin Karaburun rayonu sahillərində dəniz həvəskarları nadir rast gəlinən təbiət hadisəsinin şahidi olublar. Sahilə yaxın ərazidə nadir çəhrayı rəngli delfin görüntülənib.
Mütəxəssislərin rəyinə görə, delfinin bu rəngdə olması nadir rast gəlinən albinizm (melanin çatışmazlığı) ilə bağlıdır. Belə ki, dərinin altındakı qan damarlarının görünməsi heyvanın rəngini çəhrayı çalarlarda göstərir.
Adətən Amazon çaylarında yaşayan bu növün dənizlərdə görünməsi həm sosial şəbəkə istifadəçilərinin, həm də elm adamlarının böyük marağına səbəb olub. Görüntülər qısa zamanda minlərlə baxış toplayaraq günün ən çox müzakirə edilən mövzularından birinə çevrilib.
Səbinə Bağırova


