Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Mart 2026 / 21:23

Yamal Çempionlar Liqasında Mbappeni qabaqladı

İspaniya çempionu “Barselona”nın ispaniyalı qanad oyunçusu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda “Nyukasl”a qarşı qol vuraraq turnir rekordunu qırıb.

Tezadlar.az xəbər verir ki, Yamal Çempionlar Liqasında 10 qol vuran ən gənc oyunçu olub. O, bu mərhələyə 18 yaş 248 günlüyündə çatıb.

Lamin Yamal Kilian Mbappenin 18 yaş 350 günlüyündə qazandığı rekordunu qırıb.

Bundan əlavə, ispaniyalı oyunçu 31 oyunda 10 məhsuldar ötürmə edərək Çempionlar Liqası tarixində ardıcıl iki pley-off oyununda qol vuran ən gənc oyunçu olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!