Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Nijnekamsk şəhərinin meri Radmir Belyayev “Nijnekamskneftxim” neft-kimya zavodunda baş vermiş qəza və insanların həlak olması ilə əlaqədar Nijnekamskda üç günlük matəm elan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Baş verənlərlə bağlı bütün əyləncə və kütləvi tədbirlər ləğv olunub. Müəssisə binalarında dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, martın 31-də “Nijnekamskneftxim” neft-kimya zavodunda partlayış, ardınca isə güclü yanğın baş verib. 3 nəfər, o cümlədən bir yanğınsöndürən həlak olub, 72 nəfər xəsarət alıb, onlardan 21-i xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 217-ci maddəsi (təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması) üzrə istintaq başlanılıb.