1 Aprel 2026 / 17:28

Suqovuşanda minaya düşənin sağ ayağı amputasiya olundu-TƏCİLİ

Xəbər verdiyimiz kimi, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində 1982-ci il təvəllüdlü  Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Minaya düşən şəxs  01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Tezadlar.az  xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!