2 Aprel 2026 / 20:51

Məktəbə gedən uşaq xəsarət aldı

Biləsuvar rayonunda azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.

Tezadlar.az Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Rayon sakini, 10 yaşlı Y.Q məktəbə gedən zaman it ona hücum edib. Nəticədə azyaşlı ayaq nahiyəsindən xəsarət alıb.

Yaralıya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında quduzluğa qarşı vaksin vurulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!