Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin mart ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) məlumat yayıb.
Məlumatda bildirilir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3 nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.