21 İyul 2022 / 07:19

“UKRAYNANIN BƏRPASI ÜÇÜN İLDƏ 100 MİLYARD DOLLAR LAZIMDIR”

“Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək”.

Bunu Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə Prezident Ofisi rəhbərinin müşaviri Timofiy Milovanov deyib.

Onun sözlərinə görə, makro iqtisadiyyatı dəstəkləmək üçün ildə 20-30 milyard dollar, ordunu dəstəkləmək üçün bir o qədər vəsait lazımdır.

“Luqanoda keçirilən konfransda Ukrayna bəyan etdi ki, ölkənin bərpası üçün 750 milyard dollar lazımdır. Əgər biz belə sərmayələr alsaydıq, o zaman Ukrayna həqiqətən də iqtisadi cəhətdən inkişaf etmiş ölkə olardı”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilib. Tədbirin yekunu olaraq müvafiq plan təsdiq edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!