Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 15:09

Polis paytaxtda əməliyyat keçirdi: 41 nəfər həbs edildi

Polis İdarəsi qrupları tərəfindən keçirilən əməliyyatlarda saxlanılan 107 şübhəlidən 41-i həbs edilib.

Tezadlar.az xəbər verir ki, Ankara Polis İdarəsi Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları narkotik maddələrin tədarük və ticarəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat keçirib.

29 mart – 4 aprel tarixləri arasında keçirilən əməliyyatlarda 107 şübhəli saxlanılıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 37 kiloqram 201 qram marixuana, 25.785 sintetik narkotik, 652 qram kokain, 206 qram bonzai, 201 qram sintetik narkotik, 4 dəqiq tərəzi, 4 tapança, 82 patron və 238.725 türk lirəsi müsadirə edilib.

Polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 41-i həbs edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!