13 Aprel 2026 / 10:33

Dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağır stabil olaraq qalır

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırkı vəziyyəti açıqlanıb.

Tezadlar.az xəbər verir ki,  TƏBİB-dən trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2 nəfərin müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir.

Məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir.

“Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır”, – əlavə edilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı “TikTok”da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!