14 Aprel 2026 / 13:21

Məktəbə silahlı hücum: 18 yaralı

Baş verən silahlı hücumda şagirdlər, müəllimlər və bir polis əməkdaşı da daxil olmaqla 18 nəfər yaralanıb

Silahlı şagird Türkiyənin Siverek şəhərindəki Ahmet Koyuncu Anadolu Liseyinə hücum edərək ən azı 18 nəfəri yaralayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 17-18 yaşlı hücumçu tüfənglə məktəb ərazisinə daxil olub.

“O, əvvəlcə həyətdə atəş açıb, sonra isə məktəbin içərisində təsadüfi atəş açmağa başlayıb”, – deyə şahidlərdən biri bildirib.

İlkin məlumatlara görə, hücumçu intihar edib.

Polis, tibb işçiləri və xüsusi təyinatlı qüvvələr hadisə yerində işləyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!