16 Aprel 2026 / 18:26

Qəhrəmanmaraşda atışma: qatil şagirdin meyiti zirehli texnika ilə çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin cəsədi zirehli texnika ilə ərazidən çıxarılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mediasında görüntülər yayılıb.

14 yaşlı İsa Aras Mersinlinin meyiti zirehli texnika ilə ərazidən çıxarılarkən məktəbin qarşısına çoxlu sayda insan toplaşıb.

Qeyd edək ki, 15 apreldə Qəhrəmanmaraş məktəbində atışma baş verib. 8-ci sinif şagirdi A.Mersinli 10 nəfəri öldürüb, daha sonra isə intihar edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!