Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 10:19

Vertolyot qəzasında 8 nəfər həlak olub

İndoneziyada Qərbi Kalimantan əyalətində vertolyot qəzası nəticəsində səkkiz nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, pilot, ikinci pilot və altı sərnişini daşıyan helikopter dünən yerli vaxtla səhər saat 7:34-də əyalətin Melavi bölgəsindən havaya qalxıb.

Airbus H130 helikopteri ilə əlaqə səhər saat 8:39-da havaya qalxdıqdan sonra kəsilib və itkin düşdüyü bildirilib.

Axtarış-xilasetmə qrupları helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsindəki ərazidə tapıblar. Hakimiyyət orqanları vertolyotun göyərtədəki səkkiz nəfərin hamısının öldüyünü bildirib.

Qəzanın səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!