Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

3 yaşlı oğlan aprelin 15-də saat 22:40-da zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Tezadlar.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Qobustanda azyaşlı dərmandan zəhərlənib.
Tezadlar.az-ın məlumatına görə, 3 yaşlı Elcan Qənizadə yaşadığı evdə dərmandan zəhərlənərək xəstəxanaya aparılıb.
Uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırma aparılır.