Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xüsusi təyinatlı qüvvələr silahlı şəxsi tutmaq üçün Almaniyanın Moers şəhərindəki Sikh məbədinə basqın edib, lakin o, içəridə tapılmayıb.
Tezadlar.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.
“Düsseldorf polisinin xüsusi təyinatlı qüvvələri çağırılıb və ərazinin üzərində polis vertolyotu dövrə vurub. Sonra həyəcan siqnalı ləğv edilib: silahlı şəxs tapılmayıb”, – nəşr bildirib.
Hücumdan əvvəl məbədin ərazisində təxminən 40 nəfərin iştirak etdiyi silahlı münaqişənin baş verdiyi bildirilib. On bir nəfər yaralanıb, əksəriyyəti başından xəsarət alıb.
Münaqişənin ilkin səbəbinin məbədə məxsus pul üstündə mübahisə olduğu ehtimal olunur.
E.ŞİRİNOV