20 Aprel 2026 / 19:28

Samuxda kişi çardaqdan yıxılaraq ölüb

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

Tezadlar.az ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edən zaman yıxılıb. Ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başladılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!