20 Aprel 2026 / 21:53

“İdrak” Liseyindəki Atışma Hadisəsində Yeni Gəlişmə: Müəllim Şagirdi Bağışladı

Tezadlar.az xəbər verir ki, Bakıda yerləşən “İdrak” liseyində müəlliminə qarşı odlu silahdan atəş açaraq ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi ilə bağlı mühüm yenilik baş verib. Məhkəmə prosesi gedişatında tərəflər arasında barışıq əldə olunub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində ağır yaralanan müəllim şagirdini bağışladığını bəyan edib. Bu barışıq cinayət işinin gedişatına təsir edən mühüm hüquqi addım kimi qiymətləndirilir.

Hadisəni törədən şagirdlə (Ə.Ş.) bağlı keçirilən psixoloji ekspertizanın rəyi də ictimaiyyətə açıqlanıb. Həkimlərin gəldiyi qənaətə əsasən:

Şagirddə anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.

Bu o deməkdir ki, şəxs hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olsa da, psixi vəziyyəti stabil deyil.

Xatırlatma: Bir müddət əvvəl “İdrak” liseyində baş verən hadisə ölkə gündəmində geniş rezonans doğurmuş, müəllimin odlu silahla vurulması təhsil müəssisələrində təhlükəsizlik məsələsini yenidən müzakirəyə çıxarmışdı.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!