…Ölümündən düz 88 il ötən xaini tanıyaq. Ermənilərə sevgisini bilərək qondarma “erməni genosdi” günündə öldürülən vətən xaini haqqında yazmaqda məqsədim bugünkü qarayevçiləri də, leninçiləri də, nərimanovçuları da Əliheydər Qarayevin, Çingiz İldırmın və b. kimi acı taleləri gözləyəcəyini bildirməkdir. Deyirlər ki, Allah bəzən cəzanı o dünyaya saxlamır, başqalarına ibrət dərsi olsun deyə, bu dünyada verir. Bu, Tanrının vəzifə, ad-san üçün haqqı nahaqqa qurban verən, vicdanının səsini eşitməyən qullarına bəlkə də ən böyük “töhfə”sidir.
Bu gün 1896-cı ilin 20 iyununda Şamaxıda doğulmuş Cümhuriyyətin bir nömrəli düşməni hümmətçi Əliheydər Qarayevin öldürüldüyü gündür.
XXX
Həyat bir bumeranqdır deyirlər. Qarabağı ermənilər vermək istəyən, Gəncədə başıpapaqlı kişi qoymaq istəməyən, yüzlərlə azərbaycanlı ziyalısının, müsavatçıların, xalqın qanına susamış yenicə qurulmuş Cümhuriyyətə və onun rəhbəri M.Ə.Rəsulzadəni təhqir edərək bundan həzz alan Əliheydər Qarayev. Erməni və ruslarla birləşib ölkədə at oynadan, qadın uşaq bilməyən “rəhbər”dən biri…
Qarayevin adı həmişə Mirzoyanla qoşa çəkilib. Əslində Qarayevin ölümü də elə öz “əliylə” baş verib. Yəni siyasi mənada çaşır. O, Mərkəzin iclasında özünü və yoldaşlarını haqlı sayır, çatışmazlıqların mərkəzdən qaynaqlandığını qeyd edir. Günlərin birində isə Mircəfər Bağırov haqqında gizli məlumatlara malik olduğunu, onun müsavata işlədiyi haqqında məlumatlar olduğunu dostlarında birinə deyir. Elə bu hadisə onun həyatında “rokovoy” rol oynayır. 1937-cili iyunun 1-də M.C.Bağırov əvvəl onu arvadı ilə birlikdə Bakıya gətizdirir, “casusluq və Sovet dövlətini devirmək məqsədilə əksinqilabi fəaliyyət aparmaq” ittihamı ilə mühakimə edir və öldürmək üçün yenidən onu Moskvaya yola salır. Məhz M.C.Bağırovun istəyi ilə Moskva Ə.Qarayevin erməni sevgisini nəzərə alıb 1938- ci ilin aprelin 24-də güllələyir.
…Bu gün Əliheydər Qarayevin Yasamal qəbristanlığında qəbri var. Ancaq o qəbirin içi boşdur…Eləcə simvolik abidədir.
Abbas Səhhətin sevimli tələbəsi olub. Abbas Səhhət Ə.Qarayevi yaxşı bir gənc kimi təqdim edəndə o, Don (Novoçerkassk) Politexnik İnstitutunun (1917) tələbəsi idi. O, zaman hələ Milli Hökuməti üsyanla devirmək, Parlamenti dağıtmaq, Şura hökumətini elan etmək üçün “böyük qardaş”larından yüksək rütbə və vəzifələr almamışdı.
Keçək onun necə öldürülməsinə…Qeyd edim ki, Ə.Qarayevə dəstək olanlardan biri də 1901-ci ildə tiflisdə anadan olmuş diş həkimi həyat yoldaşı Xavər xanım Şabanova idi. Bu qadın da həyatını “Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizəyə” həsr edib. Həştərxanda Qırmızı Ordu hissələrində işləyən kommunist Xavər xanım 1920-ci ilin aprelində elə həmin ordu ilə Bakıya gəlir.
Qeyd edim ki, istər Ə.Qarayev və istərsə də Ç.İldırım doğum günləri ərəfəsində həbs olunublar. Onu və həyat yoldaşını Həmid Sultanov və onun həyat yoldaşı kimi alçaldırlar. Həbsxana gözətçilərindən birinin uzun illər sonra danışdığına görə, ilk olaraq Əliheydərin əl-qolunu bağlayaraq gözləri qarşısında Xavər xanıma dəhşətli işgəncələr verir, təhqiramiz hərəkətlər edirlər. Sonra da Xavər xanımın gözləri önündə eyni hərəkətləri Əliheydərə qarşı edirlər. Bunu edənlər isə Əliheydərin bir zamanlar ən yaxın dostları olan S.M.Kirovun, Mikoyanın, Mirzoyanın soydaşları olur. Hər gün səhər, axşam davam edən bu “tamaşa” 1938-ci ilin əvvəllərinə kimi təkrarlanır. İşgəncələrdən Əliheydər tamamilə ağlını itirir, qeyri-adi hərəkətlər edir.
Sonda “böyük qardaşlar” belə məsləhət bilirlər ki, Xavər xanımı sürgünə, Əliheydəri isə Moskvaya güllələnməyə göndərsinlər. Belə də olur. Moskvada daha dəhşətli işgəncələrə məruz qalan Əliheydəri, 1938-ci ilin 24 aprelində güllələyirlər. Görünür, onu da Çingiz İldrım kimi 27 apreldə (əlini günahsız xalqının qanına buladığı gün) güllələmək istəyiblər. Amma səhhəti buna yol verməyib. Deyilənlərə görə, Əliheydəri Bakıdan Moskvaya aparanda elə “canlı ölü” imiş.
sözardı: indi isə mən Ə.Qarayev haqqında mənə tam aydın olmayan bəzi məsələrə aydınlıq gətirilməsini istərdim. Çünki tarix, həqiqət və ədalət – faktları sevir. Yalnız bu halda tarix tarix olur. Əks halda bu yalançı tarix olur və gec tez yalanlar üzə çıxır, yalanı pula çevirən, satan jurnalistlər və tarixi araşdırmaçılar meydan sulayır. Məsələn, mən bilmək istəyirəm ki, M.Ə.Rəsulzadə “Tovarişlərin səni güllələyəndə, mənim bu sözlərimi yadına salarsan” sözlərini harda deyib.?! Onun Ə.Qarayevlə dialoqu hansı tarixi sənədlərdə var və bunu göstərə bilərsizmi?! Cümhuriyyətin sonuncu iclasında iştirak etməyən Ə.Qarayevlə Rəsulzadənin dialoqu cümhuriyyətin hansı tarixi protokolunda qeyd olunub?! Əgər bu dialoq kimnsə diilindən eşidilibsə oşəxs kimdir?! Və ya “N.Nərimanov Qarayevə: Qarabağ sənin götün deyil ki, kimə gəldi verəsən!” sözləri hansı sənədlərdə əksini tapıb?! Kim bunu göstərə bilər?! Elə başa düşürəm ki, bir çox “tarixçilər” üçün əsas məsələ həqiqəti bilmək yox, yalanı bazara sata bilməkdir. Dəyərli tarixçilərimizə “uğurlar” arzu edirəm. Alverləri xeyirli olsun”
Çox istərdim ki, bir gün yolunuz İctimai-Siyasi Sənədlər Arxivinə düşsə, tarixin açılmamış səhifələri ilə olduğu kimi tanış olun və insanlara çatdırın.
Baba Allahnəzərov,
Tədqiqatçı