25 Aprel 2026 / 08:51

Əraqçinin Pakistana səfəri ABŞ nümayəndələri ilə görüş məqsədi daşımır – İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməsi planlaşdırılmır.

Tezadlar.az  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, ötən gün Pakistan mənbələri İranın xarici işlər naziri Əraqçinin ABŞ və İran arasında danışıqların mərkəzi olan Pakistanın paytaxtı İslamabada gələcəyini açıqlayıb. Bildirilib ki, bu səfərin ABŞ ilə sülh danışıqları ilə nəticələnəcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!