27 Aprel 2026 / 19:45

Göygöl sakini dəm qazından zəhərlənərək öldü

Göygöldə dəm qazı can alıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Bəhrəmbəy kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Radə Möhsüm qızı Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!