Skuter sürənlər diqqət: Bir anlıq məsuliyyətsizlik faciəyə səbəb ola bilər.
Paytaxtda skuter və digər elektrik nəqliyyat vasitələrinin istifadəsi artmaqdadır. Bu, müasir şəhər üçün normaldır. Amma təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi risklər yaradır.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial media hesabında bildirib.
O, ən çox rast gəlinən pozuntuları açıqlayıb:
Qeyd edilib ki, bu cür davranışlar ağır qəzalara yol aça bilər.
Unutmayın ki, skuter sürənlər də yol hərəkətinin tamhüquqlu iştirakçısıdır və qaydalara əməl etməyə borcludur. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin.






