Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib.
Tezadlar.az xəbər verir ki, idarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli cizgilər müəyyən olunub.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinindən gömrük orqanına bəyan edilməyən 6 adda 496 ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.