Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ ilə danışıqlarda dalana dirənən Hörmüz boğazının statusunda radikal dəyişiklik etməyə hazırlaşır.
“HÖRMÜZ ARTIQ BEYNƏLXALQ SU YOLU OLMAYACAQ”
Tezadlar.az xəbər verir ki, bu açıqlamanı İran lideri Müctəba Xameneinin müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş baş komandanı general-mayor Möhsün Rzayi verib. O, Hörmüz boğazının statusunun dəyişdirilməsi ilə bağlı qanun layihəsinin tezliklə İran Parlamentində səsə qoyulacağını bildirib. “Bu qanun layihəsi ilə Hörmüz beynəlxalq su yolu olmaqdan çıxacaq və İran-Oman sərhədləri daxilində yer alacaq”, – deyə o bildirib.
“RUSİYA VƏ ÇİNƏ İMTİYAZLAR VERİLƏCƏK”
O, həmçinin qanun layihəsinin Hörmüz boğazında Rusiya və Çinə imtiyazlar verdiyini vurğulayıb.
Xameneinin müşaviri Trampı da tənqid edib. O bildirib ki, Tramp Hörmüz boğazında dəniz blokadasını qorumaq kimi ifrat tələblər irəli sürməklə bir daha diplomatiyaya xəyanət edib.
E.ŞİRİNOV