Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 11:08

Azərbaycana gələn turistlərin sayını niyə artıra bilmirik? – Deputat cavablandırıb

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azlama deməkdir.
Bəs, ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Sualı iqtisadçı-deputat Vüqar Bayramov belə cavablandırıb:
“Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da belə ənənəvi faktorlar da qalmaqdadır. Belə ki, ölkəyə gələn turistlərin mənşə ölkə strukturundakı çağrışlar ümumi gələnlərin sayına təsir göstərir. Doğrudur, hələ də Azərbaycana gələn turistlərin təxminən yarısı 2 ölkənin payına düşür. Həmin müddətdə Azərbaycana gələn hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndasları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk 4 ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşümdürsə, indi bu göstərici 3 faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır.
İran müharibəsinin regiona ölkələrinə gələn turistlərin sayına təsirlərinə gəldikdə isə, sözügedən müddətdə münaqişə Azərbaycan və Gürcüstana gələn turistlərin sayında özündə göstərib. Belə ki, Gürcüstana gələn turistlərin sayı bu ilin ilk rübündə 4 faiz artmışdırsa, ilk 4 ayda cüzi olsa da azalma qeydə alınıb. Bu da birbaşa İrandan gələn turistlərin sayının 49 faiz azalması ilə bağlıdır. Həmin müddətdə qonşu ölkəyə Hindistandan gələn turistlərin sayında da 29.5 faiz azalma qeydə alınıb.
Hesabat dövründə Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalb. Ərəb dövlətlərindən gələnlərin sayının azalmasına ümumi faktorlar ilə yanaşı, regiondakı müharibə də xüsusi təsir göstərib.
Bütün bunlar ilə yanaşı, turizm sektorunda struktur və institutsional islahatların daha da dərinləşdirilməsi prioritetdir. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!