Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər ölüb, dörd şəxs yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat verib.
Qeyd olunub ki, Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və evlər də daxil olmaqla, ümumilikdə 37 binaya ziyan dəyib.
“Təsirə məruz qalan ərazilərdə polis yardım göstərmək üçün səfərbər edilib və ziyanın qiymətləndirilməsi davam edir”, – deyə açıqlamada bildirilir.
Filippin Prezidenti Ferdinand Markos, cənub sahillərində zəlzələnin baş verdiyi Mindanao adasının bir neçə bölgəsində məktəblərdə dərslərin dayandırılmasını əmr edib.