Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 16:12

Qırğızıstan bu il 12 milyon xarici turist qəbul etməyi planlaşdırır – Aİ-nin “qara siyahı”sından çıxıb

Qırğızıstan Turizm İnkişafı üzrə Dövlət Agentliyinin prezidenti Eduard Kubatovun sözlərinə görə, 2026-cı ildə təxminən 12 milyon turist qəbul etməyi planlaşdırır.

Onun sözlərinə görə, 2025-ci ildə ölkəyə təxminən 10 milyon turist gəlib və turizm sənayesinin iqtisadiyyata töhfəsi 1 milyard dolları keçib.

Eduard Kubatov qeyd edib ki, müsbət dinamika Dövlət Turizm İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlıdır. Hazırda bu sektor ölkənin ÜDM-nin 5 faizindən çoxunu təşkil edir və bu rəqəmin yaxın illərdə 7,5 faizə çatacağı gözlənilir.

Dövlət agentliyinin rəhbəri həmçinin vurğulayıb ki, Qırğızıstanın Aİ hava məkanından qadağan olunmuş hava daşıyıcıları siyahısından çıxarılması sənayenin inkişafına əlavə təkan verəcək.

“Ölkənin qara siyahıdan çıxarılması gözəl bir inkişafdır. Bu, Qırğızıstandan Avropa ölkələrinə birbaşa uçuşların təşkili üçün yeni imkanlar açacaq ki, bu da turist axınının artmasına və ölkədə turizmin inkişafına birbaşa təsir göstərəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycana ümumilikdə 2 570 212 nəfər səfər edib. Gələnlərin 70,2 faizi, yəni 1 804 754 nəfər ölkəyə turizm məqsədilə daxil olub.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalma deməkdir…

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!