Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya “sülh siqnalı” göndərib. Putin bildirib ki, Rusiya 2022-ci ildə İstanbulda keçirilən danışıqlar zamanı əldə edilən razılaşmalara əsasən “sülhə hazırdır”.
Ukrayna prezidenti Volodimir Zelenskinin dəvətini rədd etdikdən sonra Rusiya prezidenti Vladimir Putin əhəmiyyətli bir açıqlama verib.
Tezadlar.az xəbər verir ki, Rusiya prezidenti Kreml Sarayında hüquq-mühafizə akademiyası tələbələrinin məzun mərasimində iştirak edib. Artıq dördüncü ilində olan Rusiya-Ukrayna müharibəsindən danışan Putin deyib: “Rusiya İstanbul sazişlərinə əsasən Ukrayna ilə sülh danışıqlarına hazırdır”.
Rusiya lideri həmçinin Avropanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığını və bu məqsədlə hərbi büdcələrini artırdığını bildirib.
2022-ci il İstanbul Sazişi, müharibənin ilk aylarında, 2022-ci ilin mart ayında İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarından irəli gələn, rəsmi olaraq imzalanmamış bir razılaşma layihəsi idi.
E.ŞİRİNOV