Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 12:23

İsrail ordusu 11 fələstinlini saxlayıb

İsrail ordusu İordan çayının işğal altındakı qərb sahilində keçirilən reydlərdə 11 fələstinlini saxlayıb.

Tezadlar.az xəbər verir ki, məhbusların Media Ofisinin açıqlamasına görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində bir sıra reydlər keçirib.

Axtarış bəhanəsi ilə fələstinlilərin evlərinə basqın edən və əşyalarına zərər verən İsrail əsgərləri biri qadın olmaqla, 11 fələstinlini saxlayıb.

Qeyd edilib ki, İsrail, xüsusilə qadınlar, gənclər və akademikləri hədəf alan həbslər vasitəsilə Fələstin cəmiyyətinə qarşı təzyiq və qorxutma siyasətini davam etdirir.

İsrail 2023-cü ilin oktyabr ayında Qəzza zolağına hücuma başlayandan bəri İordan çayının işğal altındakı qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Fələstin torpaqlarını ələ keçirən İsrail ordusu və israillilər İordan çayının qərb sahilinin müxtəlif ərazilərində tez-tez basqınlar həyata keçirirlər. Bu hücumlar ölüm, yaralanma, həbs, əmlakın məhv edilməsi və əkin və mal-qaraya ziyan vurulması ilə nəticələnir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!