Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2026 / 10:07

Tramp Venesuelaya kömək etməyə hazır olduğunu açıqladı

ABŞ prezidenti Donald Tramp ölkədə baş verən 7.2 və 7.5 bal gücündə ardıcıl iki zəlzələdən sonra ABŞ-ın Venesuelaya hər cür yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Tezadlar.az-ın məlumatına görə, sosial media paylaşımında Tramp bildirib ki, “İki böyük zəlzələ gözəl Venesuela xalqını vurdu, həm çox güclü, həm də çoxlu sayda insan itkisinə səbəb oldu”.

O, əlavə edib ki, ABŞ hər cür yardım göstərməyə hazırdır və bütün müvafiq qurumlara lazımi göstərişlər verib.

Tramp paylaşımında “Yeni və gözəl dostlarımızı dəstəkləyəcəyik. İlkin məlumatlar yaxşı deyil” şərhini verib.

Venesuelada 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada 39 saniyə ara ilə 7.2 və 7.5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirib.

ABŞ Geoloji Xidməti Venesuelada iki zəlzələnin baş verdiyini açıqlayıb: biri Yaracuy əyalətində, Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə, digəri isə Yaracuy əyalətində yerləşən San Felipedən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə olub.

Zəlzələlərin dərinliyi Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr olaraq bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!